İyunun 1-də “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyinin təşkilatçılığı ilə Bakının Yeni Günəşli “D” yaşayış massivində yerləşən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbir keçirilib. Xarici diplomatların, Milli Məclisin deputatlarının da iştirak etdikləri tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq mərkəzdə ilk dəfə belə əlamətdar bayram keçirildiyini bildirib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə təşəbbüsü ilə 2010-cu ildə inşa olunmuş mərkəzin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına xidmət etməkdir. “Nikoil bank”ın idarə heyətinin sədri Vasili Xamaza uşaqları təbrik edib.
   Tədbirdə Suraxanıda yaşayan sağlamlığı məhdud uşaqların və Bakıda fəaliyyət göstərən rəqs və musiqi qruplarının konsert proqramı təqdim olunub. Sonda fiziki və əqli cəhətdən qüsurlu uşaq və yeniyetmələr bayram süfrəsinə dəvət olunub və onların hər birinə xatirə hədiyyələri təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar