İyunun 1-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Sehirli nağıllar aləmi” adlı tədbir keçirildi. 
   Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbirdə 8 saylı orta məktəbin şagirdləri, 25 və 130 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşaqlar iştirak edirdilər.
   Tədbirdə 8 saylı orta məktəbin şagirdləri muzey əməkdaşlarının köməkliyi ilə hazırladıqları ekskursiya mətni əsasında tamaşaçılara xalçalarımız haqqında məlumat verdilər. Uşaqlar muzey əməkdaşlarının köməyi ilə xalçalarımız, onların toxunma qaydası, ilmələrin necə vurulması ilə əyani şəkildə tanış oldular.
   Balacalar muzey tərəfindən hazırlanmış “Özün rənglə” və kompyuterdə “Öz xalçanı yarat” intellekt oyununda da iştirak etdilər.
   Muzeyin nəzdində fəaliyyət göstərən uşaq teatrının balaca aktyorlarının ifasında “Qırmızıpapaq” nağılından parçalar göstərildi. Uşaqlar milli oyunlarımızdan olan “İpdartma” oyununda iştirak edib, güclərini sınadılar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar