“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında ölkə kitabxanalarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, bu sahədə çalışan mütəxəssislərimizin kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə keçirilən konfranslarda iştirakı nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 12-dək Ukraynada keçirilən “Krım-2011” Beynəlxalq kitabxana konfransının işində iştirak edir.
   Azərbaycan nümayəndə heyətinə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, kitabxananın ictimai-hüquqi informasiya şöbəsinin əməkdaşı Günay Həsənova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva, Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, Quba Rayon MKS-nin direktoru Saməddin Nəsirov daxildirlər.
   Konfransda Azərbaycan kitabxanaçıları dünya kitabxanaçıları ilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirəyə çıxarır, təcrübə mübadiləsi aparır, habelə müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxana-informasiya sahəsində “nou-hau” (know-how) texnologiyaları, yeni xidmət növlərindən istifadə və s. mövzularda məruzələrlə çıxış edir, müxtəlif maraqlı “dəyirmi masa”lar, debatlar, kitab təqdimatları keçirirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar