Fransanın məşhur Gime (Guimet) Muzeyinin direktoru Jak Jies mayın 31-dən iyunun 7-dək Azərbaycanda səfərdə olub. 
   Fransalı qonaq səfər çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşüb. Görüşdə qonağa ölkəmiz haqqında ümumi məlumat verilib, Gime Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlığın, mədəni təmasların artırılmasının zəruriliyi vurğulanıb. Jak Jies Azərbaycana ilk səfərindən məmnunluq duyduğunu və ölkəmizlə tanışlıqdan böyük zövq aldığını bildirib.
   Sonra tərəflər mümkün qarşılıqlı əməkdaşlıq perspektivlərini, Azərbaycan sənət nümunələrinin Gime Muzeyində və həmin muzeyin eksponatlarının Azərbaycan sərgilərində nümayiş etdirilməsinin mümkünlüyü və s. məsələləri müzakirə ediblər. Qonaq ikitərəfli əlaqələrin növbəti mərhələsi kimi əməkdaşlıq sazişi imzalanmasını və yüksək səviyyəli tədbirlərin təşkil olunması üçün müvafiq ideyaların və konsepsiyaların işlənib hazırlanmasını təklif edib.
   Görüş zamanı nazir müavini S.Məmmədəliyeva bu ilin sonunda Azərbaycan Dövlət İncəsənət Muzeyində qədim Azərbaycan incəsənəti sərgisinin açılacağını və artıq bu məqsədlə ekspertlərin bütün regionlara gedib lazımi materialları topladığını qonağın nəzərinə çatdırıb. Nazir müavini J.Jiesi həmin sərgiyə və həmçinin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış mərasimində iştirak etməyə dəvət edib.
   Fransalı qonaq səmimi görüşə və dəvətə görə təşəkkürünü bildirib və iki tərəf arasında muzey sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu söyləyib.
   
   * * *
   Fransanın Gime Muzeyinin direktoru Jak Jies ölkəmizə səfər çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat, Milli Azərbaycan Tarixi muzeyləri, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və digər mədəniyyət müəssisələrində olub, ikitərəfli mədəni əməkdaşlıq məsələlərini müzakirə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar