Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində müxtəlif görüşlərin, bədii tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu günlərdə rayonda çıxan “Əkinçi” qəzeti redaksiyasının nəzdində yaradılmış “Poeziya klubu”nun üzvləri kollektivin qonağı oldular.
   MKS-nin direktoru Gülnar Məhərrəmova yazarları salamlayaraq onlara yeni yaradıcılıq uğurları arzuladı. “Poeziya klubu”nun üzvlərindən Fərqanə Misgərqızı, Zabit Davudov, Fərhad Eldayaq, Bəylər Abdullayev, Mübariz Mizrab və başqaları yeni şeirlərini oxudular, yaradıcılıq planlarından danışdılar. “Poeziya klubu”nun rəhbəri, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov tədbirin təşkilinə görə MKS-nin kollektivinə təşəkkür etdi, yazarlar üçün belə görüşlərin əhəmiyyətindən danışdı.
   
   Mübariz Səfiyaroğlu,
   Zərdab MKS-nin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar