İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olub. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva mərasimi açaraq bildirib ki, Nizami Gəncəvi adına bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq Administrasiyasının daha bir layihəsidir. Qeyd olunub ki, Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli 2002-ci il iyunun 9-da Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putinin iştirakı ilə açılıb. Heykəlin müəllifi V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayevdir. Bu il dahi şairin anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, Heydər Əliyev Fondu nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən skamyalar və Nizaminin əsərlərindən fraqmentlər təsvir olunmuş pannolar qurulub.
Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib. Göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən Leyla Əliyeva əmin olduğunu bildirib ki, Heydər Əliyev Fondu və Sankt-Peterburq Administrasiyası gələcəkdə hələ xeyli maraqlı layihələr həyata keçirəcəklər.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Bu abidə və bağ Azərbaycan və Rusiya arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir”, - deyə bildirib.