Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “2004-2011-ci illərdə Azərbaycan ədəbiyyatında türk dünyası və türk dünyasında ədəbiyyatımız” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri, şair Əkbər Qoşalı mövzu ilə bağlı məruzə edib. Natiq türk dünyasının görkəmli sənətkarları, Azərbaycan ədəbiyyatında tanınmış şair və yazıçıların yaradıcılıqlarının türkdilli ölkələrdə təbliği məsələlərinə toxunub.
   Dəyirmi masada Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, qurumun katibi Arif Əmrahoğlu, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, tədqiqatçı Yaşar Qasımov, yazıçı Natəvan Dəmirçioğlu məruzə ətrafında öz fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar