İyunun 10-da Dövlət Yuğ Teatrında beynəlxalq layihə çərçivəsində, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Slovomir Mrojekin “Mühacirlər” pyesinin ictimai qiraəti və müzakirəsi keçiriləcək. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, EURODRAM - Avropanın teatr sahəsində tərcümə üzrə iş şəbəkəsi və MEO - Avropa və Şərq Evi beynəlxalq təşkilatları Avropanın müxtəlif ölkələrində pyeslərin ictimai qiraətini və müzakirəsini təşkil edirlər. Adıçəkilən təşkilatlar Azərbaycanda da belə bir tədbirin keçirilməsi təklifi ilə çıxış ediblər. Tədbirin Dövlət Yuğ Teatrında keçirilməsi heç də təsadüfi deyil. Çünki bu teatr dünya teatr məkanına inteqrasiya meylləri, yeniliklərə açıq olması, fərdi yaradıcılıq istiqaməti ilə seçilir. Dünya və Avropa teatr prosesinin mühüm tərkib hissələri olan ustad dərsləri, seminarlar, mühazirələr, forumlar, müzakirələr, disputlar və bu qəbildən olan digər tədbirlər Dövlət Yuğ Teatrında tez-tez təşkil olunur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar