İyunun 13-14-də Zaqatalada Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin icra edilməsi üzrə təlimlər keçirilib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Şurasının ekspertləri tərəfindən keçirilən təlimdə Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarının mədəni irs sahəsində çalışan mütəxəssisləri, memarlar, rayonların icra hakimiyyətləri, mədəniyyət və turizm şöbələrinin məsul nümayəndələri iştirak ediblər.
   Açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva çıxış edərək Avropa Şurasının 2009-cu il noyabrın 6-7-də Sloveniyanın Lyublyana şəhərində keçirilən “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda konfransda “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin əsasının qoyulduğunu diqqətə çatdırıb. O, tədbirin Zaqatalada keçirilməsinin təsadüfi olmadığını, rayonun tarixi abidələrlə zəngin bir diyar olduğunu bildirib.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin aparıcı məsləhətçisi, layihənin ölkə üzrə əlaqələndiricisi Emil Səfərov bildirib ki, Avropa Şurası tərəfindən maliyyələşdirilən layihənin məqsədi regional və yerli orqanlara kiçik tarixi şəhərlərin inkişaf etdirilməsi, abidələrin bərpası və s. işlərdə, sosial və iqtisadi inkişaf üçün strateji inkişaf planının həyata keçirilməsində yardım etməkdir.
   Tədbirdə Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun eksperti David Conson sözügedən layihə və onun mərhələləri haqqında ətraflı məlumat verib.
   Zaqatala şəhəri üçün hazırlanmış “İlkin texniki fayl”ın təqdimatı olub. Təqdimatda baş plan, habelə tematik və tarixi xəritələr barədə məlumat verilib, müzakirələr aparılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar