Mayın 18-də Atatürk Mərkəzində “Hədəf Nəşrləri” tərəfindən görkəmli yazıçı İsa Muğannanın romanlarının təqdimat mərasimi keçiriləcək. Yazıçının 85 illiyi münasibətilə onun “İdeal”, “Məhşər”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “Cəhənnəm” və “GurÜn” əsərləri yenidən nəşr olunub. Əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının rəsmi razılığı ilə baş tutub. Müəllif tərəfindən romanlara (xüsusilə “İdeal” romanına) son əlavələr edilib. Kitabların naşiri Müşfiq Xan, redaktoru Şəmil Sadiq, qrafik dizayneri isə Teymur Fərzidir.
   İsa Muğanna öz əsərlərinin bundan sonra çap və yayım hüququnu “Hədəf Nəşrləri”nə həvalə edib. Yazıçının iştirak edəcəyi təqdimat mərasiminə tanınmış ədəbiyyat, mədəniyyət xadimləri qatılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar