Gürcüstanda milli azlıqların musiqi festivalında azərbaycanlılar da iştirak edib
   
   Marneuli rayon mədəniyyət evində Gürcüstanda yaşayan milli azlıqların “Eyni səma altında - mədəni dialoq” adlı musiqi festivalı keçirilib. 
   Gürcüstanın Mədəniyyət və Abidələrinin Mühafizəsi, Reinteqrasiya Məsələləri üzrə nazirliklərinin, Kvemo-Kartli bölgə qubernatorluğu və Vətəndaş İnkişafı Agentliyinin (CİDA) və yerli hökumət nümayəndələrinin təşkilatçılığı ilə keçirilən festivala Kvemo-Kartli bölgəsində yaşayan etnik azlıqların nümayəndələrinin musiqi qrupları qatılıblar. Tədbirdə Marneuli, Zalqa, Dmanisi, Qardabani, Tetri-Skaro və Bolnisi rayonlarından gələn musiqi qrupları çıxış ediblər.
   Festivalın sonunda Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili və Marneuli rayon icra başçısı Zaza Dekonoidze festival iştirakçılarına müxtəlif hədiyyələr təqdim ediblər.
   Reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili artıq üçüncü dəfə keçirilən festivalın məramından danışaraq “İstəyimiz odur ki, Gürcüstanda yaşayan millətlər aydın səma altında yaşasınlar” - deyə bildirib.
   
   * * *
   Yeri gəlmişkən, Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyi Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Sarvan” folklor rəqs qrupuna gürcü milli geyimləri hədiyyə edib. “Sarvan” qrupunun üzvləri ilə görüşən nazir Nikoloz Rurua Azərbaycan və gürcü xalqları arasında mədəni əlaqələr və dostluq haqqında danışıb. “Sarvan” folklor rəqs qrupunun fəaliyyəti ilə tanış olduğunu deyən nazir kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb və 24 dəst milli gürcü geyimlərini qrupa hədiyyə edib.
   “Sarvan” rəqs qrupu səhnəyə yeni milli geyimdə çıxaraq gürcü xoreoqraf Tariyel Amaşukelinin yenicə quruluş verdiyi “Mtiuluri” (Dağlar) rəqsini ifa edib.
   Qrupun ifasında “Odlar yurdu” rəqsi də maraqla qarşılanıb.
   Cəmilə Məmmədovanın rəhbərlik etdiyi “Sarvan” folklor rəqs qrupu 4 ildir fəaliyyət göstərir. Kollektivin formalaşmasında, milli geyimlərlə təmin olunmasında Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından köməyi olub. Qrup bir sıra beynəlxalq müsabiqələrdə uğurla çıxış edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar