İyunun 14-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi ümummilli lider Heydər Əliyevin siyasi və mənəvi irsinin öyrənilməsi, gənclər arasında təbliğinə həsr olunmuş tədbir keçirdi. Tədbiri giriş sözü ilə ictimai birliyin sədri Həbib Misirov açaraq böyük öndərin həyat və fəaliyyəti haqda danışdı. Bildirdi ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu, sabitliyi bərqərar etdi, ölkəni inkişaf yoluna çıxardı. Bu qayıdış Azərbaycanda milli-mənəvi dəyərlərin möhkəmlənməsinə, mədəniyyətimizin inkişafına da təkan verdi.
   Qeyd olundu ki, “Aşıq Şəmşir“ Mədəniyyət Ocağı ümummilli liderin həyat və fəaliyyəti, siyasi və mənəvi irsinin öyrənilməsi, gənclər arasında təbliği ilə bağlı silsilə tədbirlər keçirir. Tədbir iştirakçılarına ictimai birliyin “Xalqın xilaskarı - Heydər Əliyev” adlı xüsusi nəşri paylandı.
   Sonra Aşıq Şəmşirin ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir əsasında hazırlanmış video nümayiş olundu. Tədbirdə çıxış edən tələbə-gənclər böyük öndərin milli-mənəvi dəyərlərimizin inkişafına verdiyi töhfələrdən söz açdılar.

    Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar