İyunun 14-də Balaxanı qəsəbəsindəki M.Ə.Sabir adına Mədəniyyət evində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Qəsəbə sakinləri və mədəniyyət işçilərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlandı. Mədəniyyət evinin direktoru Səyyarə Əliyeva tədbiri açaraq Milli Qurtuluş Gününün mahiyyəti, tariximizdəki yeri barədə danışdı. “Şirinlər” uşaq teatrının rəngarəng çıxışları tədbirdə canlanma yaratdı. Tədbir Balaxanı qəsəbə icra nümayəndəsinin çıxışı ilə yekunlaşdı.

  Yeganə