20 iyun - Dünya qaçqınlar günü münasibətilə tədbir keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdən əvvəl iştirakçılar qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotoşəkillərdən, qaçqın uşaqların çəkdiyi rəsmlərdən, əfqan, çeçen və iranlı qaçqın qadınların əl işlərindən ibarət sərgiyə baxıblar.
   Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan dövlətinin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb. Tədbirdə BMT-nin baş katibi Ban Ki-Moonun Dünya qaçqınlar günü ilə bağlı müraciəti oxunub.
   Tədbirin sonunda Şuşa Musiqi Məktəbinin nəzdində yaradılan “Şuşanın dağları” xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında “Heyratı”, “Qarabağ şikəstəsi” və digər milli musiqilərimiz təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar