Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində yeni nəsil azərbaycanlı yazıçılarla görüş keçirilib. 
   Görüşdə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli və “Pəncərə” jurnalının baş redaktoru, yazıçı Günel Anarqızı iştirak edib.
   Kitab Mərkəzinin direktoru Vüqar Zeynalov qurumun fəaliyyətindən danışaraq bu cür tədbirlərin silsilə şəklində davam etdiriləcəyini deyib. AYB-nin sədri, Xalq yazıçısı Anar mərkəzin yenicə istifadəyə verilməsinə baxmayaraq müxtəlif ədəbiyyat nümunələri ilə zəngin olduğunu, buranın tezliklə kitabsevərlərin sevimli məkanına çevriləcəyini vurğulayıb.
   Rəşad Məcid, Elçin Hüseynbəyli və Günel Anarqızı ADA Kitab Mərkəzinin fəaliyyətə başlamasının yazarlar və oxucular üçün böyük əhəmiyyət daşıdığını, kitaba marağın artmasının nümunəsi olduğunu qeyd ediblər. Kitab Mərkəzinin açılmasını ədəbiyyatımıza, kitab mədəniyyətimizə töhfə hesab etdiklərini vurğulayan yazarlar Azərbaycan və xarici dillərdə nəşr olunan əsərlər, qazandıqları yaradıcılıq uğurları haqqında danışıb, silsilə tədbirlərin daha maraqlı keçirilməsi, oxucuların mərkəzə cəlb edilməsi üçün təkliflər səsləndiriblər.
   Görüşdə yazıçıların son əsərləri, çağdaş ədəbiyyatımızın mövcud durumu müzakirə olunub, oxucuları maraqlandıran suallara cavab verilib. 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar