Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Azərbaycan Turizm Assosiasiyasının və «Gilan Tourism»in təşkilatçılığı ilə Türkiyənin turizm sənayesinin bir qrup təmsilçisi iyunun 30-dan iyulun 2-dək Azərbaycanda səfərdə olub.
   
   Nümayəndə heyətinə Türkiyə Turizm Yatırımçıları Dərnəyinin sədri Turqut Gür, Türkiyə Səyahət Agentlikləri Birliyinin baş katibi Gülnur Özalp, Türkiyə Turistik Hotelçilər və İşlətməçilər Birliyinin sədri Timur Bayındır və Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Cingiz Gül daxil idi.
   İyulun 1-də Türkiyə nümayəndə heyətini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qəbul etdi. Nazir qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, turizm sahəsində də sıx əməkdaşlıq mövcuddur. Qeyd olundu ki, Türkiyənin turizm sahəsində böyük təcrübəsi Azərbaycan üçün də maraq kəsb edir. 2001-ci ildən bu yana Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu işdə Azərbaycan tərəfinə kömək göstərir: “Ötən müddətdə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirmişik. Hazırda türkiyəli müəllimlər Azərbaycan Turizm İnstitutunda çalışırlar. Eyni zamanda bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə bir qrup mütəxəssis Azərbaycanın bölgələrində mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün treninq-kurslar keçirlər. İnanıram ki, builki «Turizm ili»ndə bu əməkdaşlıq daha da genişlənəcək”.
   Nümayəndə heyətinin rəhbəri, Türkiyə Turizm Yatırımçıları Dərnəyinin sədri Turqut Gür bildirdi ki, səfərlərinin məqsədi Azərbaycanın turizm imkanları ilə tanışlıq, habelə gələn il Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə hazırlıqla bağlı Azərbaycanın turizm sektorunun təmsilçilərinə tövsiyələr verməkdir. Qonaq Qəbələ rayonuna səfər etdiklərini və bu səfərin onlarda böyük təəssürat doğurduğunu vurğuladı: “Azərbaycan turizminin çox böyük gələcəyi var. Hotellərdə xidmətin səviyyəsi, personalın hazırlığı bizi çox razı saldı”.
   Turqut Gür bildirdi ki, gələn il Azərbaycanda keçiriləcək “Eurovison-2012” mahnı müsabiqəsi ilə bağlı istənilən köməyi göstərməyə hazırdırlar: “Bu müsabiqə ilə bağlı çoxlu turistlər gələcək. Bu baxımdan ölkənin turizm xidmətlərinin keyfiyyəti də yüksək olmalıdır. Bu, çox önəmli bir məsələdir. Bilirik ki, hazırda Bakıda bir neçə hotel tikilir və müsabiqə ərəfəsində istifadəyə veriləcək. Bundan sonra Bakı daha çox qonaq qarşılamağa hazır olacaq. Bu yöndə biz də köməyimizi göstərməyə hazırıq”.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar