Mədəniyyət və turizm naziri Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb
   
   İyulun 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Belçika parlamentinin üzvü Filip Blanşarın başçılıq etdiyi Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərini qəbul edib. Görüşdə Belçika parlamentinin deputatları Devid Girts, Olivye Anri, Vilem Frederik Şiltz və fəxri senator Stef Qoris, Azərbaycan tərəfindən isə Milli Məclisin üzvü Fəzail İbrahimli və digərləri iştirak ediblər.
   
   Qonaqları salamlayan nazir Əbülfəs Qarayev Belçika Krallığı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb. İkitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
   Belçika nümayəndə heyətinin rəhbəri Filip Blanşar “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanın parlaq qələbəsi münasibətilə təbriklərini çatdırıb, ölkəmizin 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyinə əmin olduğunu söyləyib.
   Qonaqlara Azərbaycan Turizm Assosiasiyasının və Turizm İnstitutunun fəaliyyəti barədə məlumat verən Əbülfəs Qarayev bu sahədə əməkdaşlıq, hər iki ölkədə infoturların reallaşdırılması, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin görülməsinin vacibliyini qeyd edib. Nazir bu xüsusda əməkdaşlığın daha da genişləndirilməsi üçün Belçikanın Valloniya vilayətinin turizm nazirini Azərbaycana dəvət edib.
   Bundan əlavə, nazir Belçikada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ində görmək istədiyini bildirib.
   Nazir həmçinin Bakıda keçirilən ənənəvi beynəlxalq muğam, beynəlxalq Rostropoviç, caz festivalları, Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı, digər genişmiqyaslı musiqi və mədəniyyət tədbirləri barədə müfəssəl məlumatları qonaqların nəzərinə çatdırıb, Belçikadan olan musiqiçiləri və incəsənət xadimlərini bu festivallara dəvət edib.
   Görüşün sonunda nazir Əbülfəs Qarayev iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edərək Belçika-Azərbaycan parlament qrupuna ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar