İyulun 13-dən 18-dək Türkiyənin Bayburt şəhərində Dədə Qorqud 17-ci Beynəlxalq sənət festivalı keçiriləcək. 1995-ci ildən Dədə Qorqudun şərəfinə keçirilən bu mərasimlərdə türkdilli dövlətlərin, o cümlədən başqa ölkələrin ərazilərində yaşayan türk icmalarının elm, siyasət, ədəbiyyat, incəsənət xadimləri iştirak edirlər.
   Builki Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq sənət festivalına Türkiyə, Azərbaycan, Albaniya, Makedoniya və s. kimi ölkələrdən siyasət, elm, ədəbiyyat və incəsənət xadimləri dəvət olunublar. Festivalda ölkəmizi Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlı təmsil edəcəklər. Mərasimin proqramı rəngarəngdir və burada türk dünyasının foto və rəsm sərgiləri, müxtəlif ölkələrdən folklor ansambllarının çıxışları, tarixi yerlərə ziyarətlər, şeir yarışmaları, “Dədə Qorqud” mövzusunda teatr tamaşaları və s. kimi tədbirlər daxildir. Festivalın təşkilatçısı Bayburt valiliyidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar