Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr ediləcək
   
   İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti İsmayıl Seragəldinin Nizami Gəncəviyə həsr olunmuş "Böyük dahinin poeziyası" ("The Poetry of the Magnificent Sage") adlı kitabı Danimarkada çap ediləcək.
   Kitab Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunur.
   Dünya kitabxanalarına təqdim olunması üçün nəşr edilən kitab ingilis dilində yüksək keyfiyyətli tərtibatda, dünya muzeylərinin, eləcə də mərkəzin öz arxivindəki illüstrasiyalar, əlyazmalar hesabına bir qrup xarici mütəxəssisin dəstəyi ilə ərsəyə gələcək.
   İsmayıl Seragəldinin kitabında qeyd olunur ki, Nizami ümumbəşəri bir şəxsiyyətdir və son səkkiz əsrdə Almaniyada Hötedən tutmuş, Azərbaycan bəstəkarı Qara Qarayev, Amerika ulduzu Erik Klaptona qədər minlərlə insanı dahi əsərlərini yaratmağa ilhamlandırıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar