“Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası”  jurnalı sənətkarı “Vətən övladı” ordeni ilə təltif etdi
  
   Azərbaycanın dünya şöhrətli fırça ustası, Xalq rəssamı, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, akademik Tahir Salahov “Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası” jurnalı tərəfindən “Vətən övladı” ordeninə layiq görülüb. İyulun 18-də mükafatın görkəmli sənətkara təqdim olunması mərasimi keçirildi.
  
   “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Beynəlxalq Fondunun prezidenti Eldar İsmayılov mükafatı dünya şöhrətli sənətkara təqdim edərək bildirdi ki, Tahir Salahov bu ordenə türk mədəniyyətinin təbliğində, Azərbaycan incəsənətinin inkişaf etdirilərək dünyada tanıdılmasında xidmətlərinə görə layiq görülüb. Onun sözlərinə görə, təsis olunduğu 10 ildə sözügedən mükafata 36 görkəmli şəxsiyyət layiq görülüb: “Bu mükafatı təsis etməkdə əsas məqsədimiz türk dünyasının birləşməsinə töhfə vermək, türk dünyasının böyük sənətkarlarını tanıtmaq, təbliğ etməkdir. Bu mükafatı o insanlara təqdim edirik ki, onlar həqiqətən də bu yolda müstəsna xidmətlər göstəriblər”.
   “Vətən övladı” ordenini yüksək qiymətləndirən T.Salahov bildirdi ki, bu mükafat onun əməyinin, sənətinin xalq tərəfindən qiymətləndirilməsinin nümunəsidir: “Bu mükafata görə təsisçilərə minnətdarlığımı bildirirəm”.
   Tahir Salahov onu da bildirdi ki, bu günə qədər müxtəlif mükafatlara, təltiflərə layiq görülüb. Böyük öndər Heydər Əliyevin onu təltif etməsi isə həyatının ən yaddaqalan anı olub.
  
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar