MDB ölkələrinin yaradıcı kollektivləri beynəlxalq konqresdə iştirak edəcəklər
      
   2011-ci ilin payızında Ulyanovsk vilayətində “Mədəniyyət modernləşmə resursu kimi” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.
   Rusiyanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə Rusiya Federasiyası Prezident administrasiyasının, MDB üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurasının, MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə təşkil edilir.
   Regionda “Ulyanovsk mədəniyyət paytaxtıdır” proqramı çərçivəsində Mədəni Tədbirlər Marafonu keçiriləcək.
   Konqresin iş proqramında “Modernləşmə məqsədləri üçün yeni mədəni siyasət”, “Mədəni gələcək üçün yeni kadrlar”, “Tarixi-mədəni irs: qorunub saxlanması, populyarlaşması, aktuallaşması”, “Şəhər mühitində mədəni inqilab” məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur. Bu məqsədlə ustad dərsləri, kütləvi mühazirələr, dəyirmi masalar, mədəniyyət və mədəni siyasət sahəsində MDB və Avropa ölkələrini təmsil edən rusiyalı və beynəlxalq ekspertlərin iştirakı ilə diskussiyalar nəzərdə tutulan zəngin proqram hazırlanmışdır.
   “Birliyin mədəni paytaxtları” Dövlətlərarası proqramın iştirakçıları, Avropa və Volqaboyu mədəniyyət paytaxtlarının nümayəndələri, RF mədəniyyət və incəsənət xadimləri, bütün səviyyələrdə hakimiyyət orqanlarının nümayəndələri də müsabiqədə iştirak etməyə dəvət olunublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar