Avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə maraqlı sərgi ilə tanış oldular.
   
   Sərgidə müxtəlif illərdə çəkilmiş kinofilmlərdə istifadə edilən iri və kiçik həcmli rekvizitlər təqdim olundu. Sərginin “Milli kinomuzda geyimlər” bölməsi də bayram mərasiminə xüsusi rəng qatdı.
   Tədbir Azərbaycan kinosunun ötən bir ildə keçdiyi yolu əks etdirən videoçarxın nümayişi ilə başladı. Videoçarxda bu il təqdim olunan bədii, sənədli və cizgi filmləri, kino xadimlərinə həsr olunmuş xatirə gecələri, bu il ilk dəfə olaraq Kann kinofestivalında Azərbaycan pavilyonunun açılışı və s. əlamətdar tədbirlər əksini tapmışdı.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kinomuzun keçdiyi inkişaf yolundan danışdı: “Uzun illər Azərbaycan kinosu ulu öndər Heydər Əliyevin xüsusi qayğısı sayəsində inkişaf edib. Bu gün də cənab prezident İlham Əliyev tərəfindən kinomuzun inkişafına diqqət və qayğı göstərilir. Danılmaz faktdır ki, son dövrlərdə milli kino sənayesində canlanma hiss olunur. Mədəniyyət və Turizm Nazirliyinin kinomuzun inkişafı ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir və yeni layihələr hazırlanır”.
   Sonra Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatı ilə təltif olunmuş kino işçilərini təbrik etdi.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gənclər üçün keçirilən “Bu meydan, bu ekran - 2011” kino layihəsinin qalibləri də elan olundu.
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov nazirliyin gənclərə hər zaman diqqət ayırdığını bildirərək qalibləri təbrik etdi.
   Qeyd edək ki, müsabiqənin yekunlarına əsasən, “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru”, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat“ və “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihələri “Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsində qalib gəlib.
   Tədbirin sonunda rejissor Yavər Rzayevin “İlahi məxluq” filmi tamaşaçılara təqdim olundu.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar