Avqustun 4-də “Olimpik - Novxanı” otelində “AEGEE-Sumqayıt” İctimai Birliyinin təşkil etdiyi gənc liderlərin Beynəlxalq forumunun açılışı olub.
Polşa, Niderland, Fransa, Latviya, İtaliya kimi ölkələrin nümayəndələrinin iştirak etdikləri forumun əsas məqsədi gənclərin həyatında qeyri-formal təhsilə diqqəti yönəltmək, müxtəlif ölkələrdən olan gənclərin fikir mübadiləsini təşkil etmək, onların təcrübəsindən yararlanmaqdır. İsmayıl Kərimov qeyd etmişdir ki, dünyanın 10-a yaxın ölkəsindən Azərbaycana gələn liderlər 5 gün müddətində “Gənclərin fəallığında qeyri-formal təhsilin rolu” mövzusunda müzakirələr aparacaqlar. Qeyd olunub ki, forum Azərbaycanın müəllifliyini qorumaqla hər il ayrı-ayrı ölkələrdə təşkil ediləcək.
Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Xatırladaq ki, AEGEE dünyanın ən böyük tələbə assosiasiyasıdır. Təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 17 minədək müxtəlif mədəniyyətlərə malik tələbə və gəncləri birləşdirir.