Ukrayna Dövlət Teleradio Komitəsinin təşkilatçılığı ilə avqustun 16-da Kiyevdəki “Ukrayna Evi”ndə keçirilən 7-ci Beynəlxalq kitab sərgi-yarmarkası işə başlayıb. Avqustun 18-də başa çatacaq sərgi-yarmarkada Azərbaycanın Ukraynadakı səfirliyinin hazırladığı ekspozisiya da yer alıb.
   
   Səfirlikdən bildiriblər ki, Ukraynanın bütün regionlarından, həmçinin Azərbaycan, Bolqarıstan, İran, Rusiya, Belarus və Polşadan 100-dən çox nəşriyyatın qatıldığı sərgi-yarmarka Ukraynanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunub.
   Tədbirin açılış mərasimində çıxış edən Ukraynanın baş naziri Nikolay Azarov bildirib ki, ölkə hökuməti ölkədə nəşriyyat işinin inkişafına böyük əhəmiyyət verir. Gələn ilin dövlət büdcəsində bu sahənin dəstəklənməsi üçün nəzərdə tutulan vəsaitlərin həcmi iki dəfə artırılacaq
   Azərbaycana dair ekspozisiyada ölkəmizdə yüksək poliqrafik səviyyədə çap edilmiş kitablar və dövri mətbuat nümunələri təqdim edilir. Onların arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, “Təhsil” nəşriyyatı tərəfindən buraxılmış nəşrlər var.
   Bundan əlavə, ekspozisiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan tarixinə, xalçaçılıq məktəbinə, musiqisinə, görkəmli insanların yaradıcılığına dair kitablar yer alıb. Ekspozisiyada Azərbaycan səfirliyinin dəstəyi ilə Kiyevdə Ukrayna dilində çap edilmiş kitablar - akademik Ramiz Mehdiyevin “Azərbaycanlıların genosidinin reallıqları”, görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın “Seçilmiş məqalələr”i, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun “Azərbaycan dövlətçiliyinin qısa tarixi”, eləcə də “Azərbaycan poeziyası antologiyası”, “Azərbaycan nağılları” və s. nəşrlər də var.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar