Tariximizin 15 sentyabr səhifəsinə həsr olunmuş tədbir
  
   Sentyabrın 14-də Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Azərbaycan Dövlət Din Tarixi Muzeyinin dəstəyi ilə “15 sentyabr - xilaskar türk ordusunun Bakıya zəfər yürüşü” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın istiqlalı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
   Sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakını daşnak-bolşevik işğalından azad etmiş Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun hərbi əməliyyatları haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi tariximizin və Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifələrindən biridir.
   Tədbirdə məktəbli oxucular şeirlər söyləyiblər. Kitabxanada mövzu ilə əlaqədar kitab sərgisi də təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar