Məşhur Bakı milyonçusu, mesenat İsa bəy Hacınskinin həyat və fəaliyyətindən bəhs edən kitab işıq üzü görüb.
   Nuridə Ayxanın “İsa bəy Hacınski - şanlı ömrün səhifələri” adlı kitabında arxiv sənədlərinə əsasən milyonçunun çoxsaylı xeyirxah əməlləri işıqlandırılır, XIX əsrin sonu - XX əsrin əvvəllərində onun dövlət xadimi, maarifçi kimi Bakının ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs olunur.
   Görkəmli mesenatın inşa etdirdiyi binalar bu gün də paytaxtımızın arxitekturasında özünəməxsus yer tutur. Bu binalardan ən möhtəşəmi “Hacınskinin evi” kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən tarixi binadır. Milyonçunun İtaliyadan dəvət etdiyi memarın inşa etdiyi bina 1912-ci ildə təhvil verilib. Hacınskinin yadigarlarından biri də Bakının mərkəzində salınan “Qış parkı”nın yanında, Füzuli küçəsi 39 ünvanında yerləşən və bu yaxınlarda Hollandiyanın “Bresser” şirkəti tərəfindən yeri dəyişdirilən məşhur binadır.
   Nuridə Ayxanın qələmə aldığı kitab maarif və mədəniyyət sahəsində böyük xidmətlər göstərmiş, 23 il Bakı Şəhər Dumasının deputatı olmuş İsa bəy Hacınski haqqında ilk monoqrafiyadır. Azərbaycan və rus dillərində hazırlanan kitabda İsa bəy Hacınskinin ailə şəcərəsi, ailə üzvlərinin həyat tarixçəsi haqqında da ətraflı məlumatlar, fotoşəkillər yer alıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar