“Elm və təhsil” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Zəkiyyə Əbilovanın “Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin müasir Azərbaycan islamşünaslığında yeri” adlı kitabı çap olunub. Nəşrdə görkəmli ilahiyyatçı alim Əbdülkərim ağa Badkubinin (1867-1961) həyatı və yaradıcılıq yolu tədqiq edilib. Kitabın elmi redaktoru və məsləhətçisi akademik Vasim Məmmədəliyevdir.