Gürcüstanın paytaxtı Tbilisidə VI Beynəlxalq gürcü-rus poeziya festivalı başlayıb.
   İyulun 22-dək davam edəcək poeziya bayramında 30 ölkədən 70-dən çox şair və tərcüməçi iştirak edir.
   Ölkənin 17 şəhərini əhatə edəcək festival məşhur gürcü yazıçısı Nodar Dumbadzenin 85 və rus şairi Vladimir Mayakovskinin 120 illiyinə həsr olunub. Layihənin təşkilatçıları “Russki klub” Beynəlxalq Mədəni-Maarif İttifaqı və Rusdilli Yazıçıların Beynəlxalq Federasiyasıdır.
   Festival çərçivəsində dəyirmi masalar, yaradıcılıq gecələri, ustad dərsləri keçiriləcək, tamaşalar göstəriləcək, filmlər nümayiş etdiriləcək və konsertlər veriləcək.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar