Gürcüstan Milli Əlyazmalar Mərkəzindən verilən məlumata görə, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin ən qədim əlyazması UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.
   Mərkəzin direktoru Buba Kudava bildirib ki, qurum Böyük Britaniyanın Oksford Universitetinin Bodle kitabxanası ilə birlikdə 2012-ci ildə “Pələng dərisi geymiş pəhləvan”ın əlyazma kolleksiyasının birgə gürcü-ingilis nominasiyasının 96 vahidinin (bunun 94 vahidi Gürcüstanda, 2-si Bodle kitabxanasında saxlanılır) “Dünyanın yaddaşı”na daxil olunması üçün UNESCO-ya müraciət edib.
   Müraciətə 2013-cü ilin iyun ayında baxılıb və əlyazma bütün seçmə mərhələlərdən keçərək UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına salınıb.