Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın (1871-1913) vəfatının 100 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Lökbatan qəsəbəsindəki Lesya Ukrainka adına parkda şairənin büstü önünə əklil qoyublar.
   Dəyirmi masada çıxış edən Azərbaycandakı Ukrayna Konqresinin sədr müavini Qalina Qasımova Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
   Daha sonra iştirakçılara Lesya Ukrainkanın həyat və yaradıcılığı haqqında məlumat verilib.
   Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon İcra Hakimiyyətinin məsul işçisi Abbas Hüseynov, Ukraynanın ölkəmizdəki səfirliyinin əməkdaşı Rüstəm Rüstəmov Azərbaycan və Ukrayna xalqları arasında dostluq əlaqələrindən, Lesya Ukrainkanın yaradıcılıq yolundan söz açıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar