Oktyabrın 16-da Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Direktorlar Şurasının iclası keçirildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan iclas M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında gerçəkləşdi. Tədbiri kitabxananın direktoru Gülşən Abbasova açaraq ölkəmizin suverenliyinin elan olunmasından keçən 20 ildə əldə olunan nailiyyətlərdən danışdı. Bu illərdə elmin, mədəniyyətin, o cümlədən kitab və nəşriyyat sahəsinin özünəməxsus inkişaf yolu keçdiyi vurğulandı. Azərbaycanda elmə, təhsilə, mütaliəyə daim xüsusi önəm verildiyini xatırladan şair İlyas Tapdıq digər peşə bayramları ilə yanaşı, kitabxanaçıların da peşə bayramının keçirilməsi arzusunda olduğunu ifadə etdi.
   Tədbirdə daha sonra Səbail MKS-in direktoru Nüşabə Ələkbərova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni-kütləvi, kitabxanalar, mədəniyyət evi və muzey işi sektorunun müdiri Gülnarə Seyidova və məsləhətçisi Səbinə Məmmədova çıxış etdilər.

    Gülər