Dekabrın 8-də M.S.Ordubadinin xatirə muzeyində ulu öndər Heydər Əliyevin vəfatının 8-ci ildönümünə həsr olunmuş “Xalqa, Vətənə həsr edilən ömür” adlı anım tədbiri keçirilib. Tədbirdə Dövlət Din Tarixi Muzeyinin əməkdaşları, Maliyyə-İqtisad Kollecinin tələbələri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
   Muzeyin direktoru Lalə Abaszadə ulu öndərin həyat və fəaliyyətindən, ümummilli liderin gənc nəslin savadlı və sağlam böyüməsi naminə gördüyü işlərdən danışıb.
   Muzeyin foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib. Sonda ulu öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.