Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” mövzusunda konfrans keçiriləcək. Tədbir çərçivəsində ulu öndərin mənalı ömrünü və çoxşaxəli fəaliyyətini əks etdirən sərgi təşkil olunacaq.
   Dekabrın 10-da Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında oxucularla ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən həmişə bizimləsən” mövzusunda söhbət aparılacaq.
   Dekabrın 12-də Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarında ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə tədbirlər keçiriləcək. Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalq qarşısında böyük xidmətlərindən danışılacaq, həyat və fəaliyyəti haqqında kitablar nümayiş etdiriləcək.
   Həmin gün Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarında da ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə söhbət və sərgilər keçiriləcək.