Dekabrın 12-də Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası filiallarla birlikdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanı tanıdan insan” adlı tədbir keçirib. Tədbirdə dahi şəxsiyyətin Azərbaycanın siyasi, ictimai və mədəni həyatındakı xidmətlərindən söhbət açılıb, “Heydər Əliyev siyasi xadim kimi”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və gənclik” mövzularında məruzələr dinlənilib, “Böyük şəxsiyyət və əbədi lider” adlı sərgi nümayiş olunub.
Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirib. Kitabxanada “Xalqın bənzərsiz oğlu” adlı sərgi açıllıb. Həmçinin filiallarda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi nümayiş olunub.