Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu XVII əsrdə yaşamış Azərbaycan şairi Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasında saxlanan külliyyatından onun Azərbaycan dilində şeirlərinin surətini əldə edib. Nüsxələr Berlində yaşayan soydaşımız M.Hüseyninin yardımı ilə əldə olunub.
   Gözəl nəstəliq xətti ilə köçürülmüş bu divanın əvvəlində şairin Təbrizdə doğulub, bu şəhərdə boya-başa çatdığı, sonra İsfahana köçdüyü, 1677-ci ildə burada vəfat etdiyi, Səadətabad məhəlləsində dəfn olunduğu qeyd edilib. Şairin qəbri üzərində şeirlərindən beytlər həkk olunub. Əlyazmada həmçinin Saib Təbrizinin vəfatı ilə maddeyi-tarix yazmış Mir Vüqari və Osmanlı şairi Nəhif Əfəndinin şeirləri də yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar