Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının sonuncu cildi “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Çoxcildliyin tərtibçisi və redaktoru Musa Nəbioğlu bildirib ki, I-XI cildlərdə Xalq şairinin bədii əsərləri - müxtəlif mövzularda şeirləri və 40 poeması dərc edilib.
   Nəşrin XII-XIII cildlərində isə Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı “ön söz” və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanıb.