Ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək
   
   Yanvarın 30-da Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” adlı ədəbi-bədii tədbir keçiriləcək. 
   Tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyası nümayiş etdiriləcək. Kompozisiyanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlıdır.
   Tədbirdə həmçinin Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcək.