Oktyabrın 9-da 2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatının sahibi elan olunub. İsveç Kral Akademiyasının qərarına əsasən, bu ilin Nobel mükafatı Fransa yazıçısı Patrik Modianoya verilib.
Akademiya qərarını izah edərkən bildirib ki, yazıçı “yaddaşın məharəti hesabına ən ağlasığmaz insan talelərini, işğal həyatını açıb göstərmək bacarığına görə” mükafatlandırılıb.
Patrik Modiano 1945-ci ildə anadan olub. İlk romanı (“Ulduz meydanı”) 1968-ci ildə işıq üzü görüb. “Gecə gözətçisi”, “Ailə xronikası”, “Kədərli villa” və başqa əsərlərin müəllifidir. Yazıçının demək olar bütün əsərləri avtobioqrafik xarakter daşıyır və ya II Dünya müharibəsində Fransanın işğal olunması ilə əlaqədardır. Bir sıra əsərləri ekranlaşdırılıb.