Yazıçı-dramaturq Elçin Hüseynbəylinin (Qaraçuxa) “Metro vadisi” kitabı Təbrizdə çapdan çıxıb. Kitabı marağalı Rza Vahidi farscaya tərcümə edib. “Ərk” nəşriyyatında işıq üzü görən kitaba “Metro vadisi” romanından başqa müəllifin “Məzar gəlini”, “O gözəllər ki vardı”, “Yekəpər”, “Günahın gül üzü”, “Sular günəşə nəğmə oxuyanda”, “Qara çadralı qadın”, “Sekstin madonnası”, “Pəncərədən baxan ayın şəkli” və başqa hekayələri daxildir.
Nəşrin tərtibçisi Əhəd Fərəhməndidir. O, kitaba yazdığı ön sözdə bildirir ki, öncələr Qaraçuxanın Güneydə bir neçə hekayəsi yayımlanıb və özünə oxucular qazandıra bilib: “Arzu edirəm ki, başqa əsərləri də bu tay Azərbaycanda tərcümə olunaraq yayılsın”.
“Metro vadisi” bu günlərdə Təbrizdə keçirilən kitab sərgisinə çıxarılıb və satış şəbəkələrində yayımlanmaqdadır.