Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatı 2014-cü ili böyük qırğız şairi və aşığı Toktoqul Satılqanovun 150 illik yubileyi şərəfinə “Toktoqul ili” elan edib. Oktyabrın 16-17-də Bişkekdə Toktoqulun 150 illik yubileyi təntənə ilə qeyd ediləcək.
Yubiley tədbirinə dünyanın müxtəlif ölkələrindən alimlər, aşıqlar, ədəbiyyat və mədəniyyət xadimləri dəvət olunublar. Azərbaycandan tədbirdə BDU-nun kafedra müdiri, professor Ramiz Əskər iştirak edəcək.
Yubiley çərçivəsində qırğız alimi, professor Gülzura Cumakunovanın "Toktoqul" kitabının təqdimatı da keçiriləcək. Kitab türk, Azərbaycan, qazax, özbək və türkmən dillərinə tərcümə olunub. Nəşrin Azərbaycan variantını Ramiz Əskər tərcümə edib.