Kambocanın Pnompen şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 37-ci sessiyası keçirilir. Sessiyada təşkilatın Dünya İrs Siyahısına 19 nümunə - 14 mədəni irs və 5 təbiət obyekti salınıb. Onların sırasında Tehranda Qacarlar sülaləsinə məxsus Gülüstan sarayı, Almaniyada Vilhelmsxyoe Dağlıq parkı, Maria Mediçinin Toskanadakı bağ və villaları (İtaliya), Ukraynanın qədim Xersones şəhəri, Şimali Koreyadakı Keson şəhər obyektləri də var.
   Qeyd edək ki, Gülüstan sarayı Tehranın ən qədim tikililərindən biridir. 1779-cu ildə hakimiyyətə gələn Qacarlar sülaləsinin iqamətgahı həmin sarayda yerləşib.