Fevralın 5-də Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib.
   Konsertdən əvvəl məktəbin nəzəriyyə müəlliməsi Lalə Ələkbərovanın Qara Qarayevin yaradıcılığına həsr edilmiş məruzəsi dinlənilib. Daha sonra şagirdlər konsert proqramı ilə çıxış ediblər.