Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti olacaq. Konsert proqramında Xalq artisti Samir Cəfərov və Ülviyyə Tağıyevanın ifasında bəstəkarın fortepiano və kamera-vokal əsərləri səsləndiriləcək.