Mexiko şəhərində dünya şöhrətli dirijor və violonçel ifaçısı, Qəbələ şəhərində keçirilmiş IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonskinin rəhbərliyi altında və maestronun anası, məşhur pianoçu Oksana Yablonskayanın solo ifası ilə Meksika Milli Muxtar Universitetinin simfonik orkestrinin konserti təqdim edilib.
   Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən bildiriblər ki, böyük uğurla keçən konsert proqramına dünya klassik musiqisinə aid əsərlər daxil edilib, o cümlədən Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” əsəri səsləndirilib.