İstedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq potensialının aşkarlanması məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin iştirakı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş festival keçirilib. Gənc ifaçıların Bakı şəhəri üzrə festivalında 25 yaşadək gənclər iştirak edib. Fevralın 1-də Mərdəkan Mədəniyyət Sarayında festival qaliblərinin qala konserti təqdim edilib.
   Qeyd edək ki, festivalın baxış-müsabiqəsi yanvarın 22-də H.Sarabski adına mədəniyyət evində keçirilib. Müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 24 mədəniyyət müəssisəsinin özfəaliyyət ansambllarının 46 gənc ifaçısı iştirak edib. İfaçılar xalq mahnısı, bəstəkar mahnısı və muğam olmaqla 3 janrda ifalar təqdim ediblər.