Bakıdakı 94 nömrəli məktəbdə böyük rus şairi Anna Axmatovanın yaradıcılığına həsr olunmuş musiqili ədəbi gecə keçirilib.
Azərbaycandakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən bildiriblər ki, tədbir “Ədəbi qonaq otağı” layihəsi çərçivəsində keçirilib. Layihənin təşkilatçıları RİMM və Azərbaycanın rus icmasıdır. Məqsəd rus mədəniyyətini, rus şair və yazıçıların yaradıcılığını populyarlaşdırmaqdır.
Gecədə Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, rus icması sədrinin birinci müavini Veniamin Mayorov, Rusiyanın Bakıdakı səfirliyinin nümayəndəsi Aleksandra Ponomaryova çıxış ediblər.