Dekabrın 24-də Xalça Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Sehrli arzular” mövzusunda sərgi və bayram konserti keçirilib.
Muzeyin foyesində Azərbaycan Uşaqları İctimai Birliyinin və “Qış möcüzəsi” Sehrli Aləm Cəmiyyətinin (SAC) dərnək üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirdə SAC-ın nəzdində fəaliyyət göstərən “Azərbaycan ritmləri” mahnı və rəqs ansamblı, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq studiyası” və “Ay işığı” qrupunun üzvləri, habelə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Şaxta baba və Qar qız uşaqlara sevincli anlar yaşadıb, balacalar maraqlı viktorinalarda həvəslə iştirak ediblər.
Tədbirdə uşaq evləri və valideyn himayəsindən məhrum olan körpələr də iştirak edib.