Fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan şair Əlağa Vahidə həsr olunmuş konsert keçiriləcək. Konsertdə bədii qiraət ustalarının ifasında Vahidin qəzəlləri səslənəcək, xanəndələr şairin sözlərinə bəstələnmiş musiqi nömrələrini, muğam və təsnifləri ifa edəcəklər.
Konsertdə xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxanaçılar iştirak edəcəklər.