Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbinin 2015-2016-cı tədris ilinin yekunlarına həsr edilmiş hesabat konserti keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən konsertdə məktəbin aşağı sinif şagirdlərindən ibarət xor kollektivi “Balaca Co” amerikan mahnısını, Yozef Haydnın “Alleluya”, Rəna Qədimovanın “Xilaskar qartallar” mahnılarını ifa edib. Həmçinin məktəbin müəllimləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.