Xəbər verdiyimiz kimi, oktyabrın 22-dən 30-dək növbəti Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Festivala dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.
Gürcüstanlı məşhur caz ifaçısı İrakli Koiava və onun kvinteti Bakı festivalında iştirak edəcək. O, oktyabrın 23-də “Art Garden”də konsert proqramını təqdim edəcək.
Konsertdə caz ifaçısı və kvintet öz repertuarından populyar caz musiqisi səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək. İrakli Koiavanı Keso Burçuladze (skripka, piano, vokal), Devid Baxtadze (perkussiya), Natiya Maqlakelidze (skripka) və Nika Çelidze (elektro və akustik gitara, vokal) müşayiət edəcək.